Bu günədək Azərbaycan vasitəsilə 66 ölkənin 1797 vətəndaşı İrandan təxliyə olunub

Bu günədək Azərbaycan vasitəsilə 66 ölkənin 1797 vətəndaşı İrandan təxliyə olunub
Foto
Digər 101

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1797 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 14:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə Çinin 521, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 119, Omanın 57, İtaliyanın 44, İndoneziyanın 32, İranın 21, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 8, Böyük Britaniyanın 8, Belarus, Özbəkistan hərəsinin 7, BƏƏ, Slovakiya, Kanadanın hərəsinin 6, Serbiya, Nigeriya, Əfqanıstan, Qazaxıstan, Çexiya,

İsveçrənin hərəsinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Yaponiya, Ukrayna, Türkiyə, Macarıstan, Belçika, Küveytin hərəsinin 4, Filippin, Qətər, Meksika, Finlandiya, Xorvatiya, Rumıniya, Banqladeşin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kiprin hərəsinin 2, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, İsveç, Almaniya, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, ABŞ-nin hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

*** 10:25

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar 65 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 487, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 118, Omanın 57, İtaliyanın 44, İndoneziya 32, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 21, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstan və Konqonun 10, Braziliya və Britaniyanın 8, Belarus və Özbəkistanın 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Kanadanın 6, Serbiya, Nigeriya, Qazaxıstanın, Əfqanıstan, Çexiya - hərəsinin 5, Bəhreyn, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiya, Ukrayna, Türkiyə, Macarıstan, Belçikan, Küveyt - hərəsinin 4, Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiya - hərəsinin 3, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprın - hər birinin 2, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika Respublikası, İsveç, Almaniya, Vatikanın isə hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Son xəbərlər