Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün baş tutan mərasimlə Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məzunlardan 4-ü (2-si əcnəbi olmaqla) magistratura pilləsini bitirir:
"Bu gün həmçinin İlahiyyat Kollecində də ilk dəfə "Məzun günü" baş tutub. Kollecdən 15 tələbə məzun olur".
A. Şirinov bildirib ki, İnstitut yeni yaranmış təhsil müəssisəsi olmasına baxamaraq, 5 ildir məzunlar daha rahat şəkildə işlə təmin olunurlar:
"Ümid edirik ki, tələbələrimiz bundan sonra da öz nailiyyətlərini davam etdirəcəklər, İlahiyyat İnstitutunda aldıqları təhsilin nəticəsində öz biliklərini cəmiyyətlə bölüşəcəklər".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...