Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir
16
mar
2026
11:20
Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.
BAKU.WS xəbər verir ki, Qədr gecəsi ramazan ayının 26-dan 27-nə, yəni martın 16-dən 17-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb"
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox,...