Böyük Britaniyanın Azərbaycandakı səfiri "Çelsi" ilə oyunda "Qarabağ"ı dəstəkləyəcək
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm", - o yazıb.
Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Bu axşam @FKQarabagh yenidən @ChelseaFC ilə qarşılaşır! ⚽️
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 5, 2025
Gərgin və maraqlı oyunu səbirsizliklə gözləyirəm, amma 🇬🇧-nın 🇦🇿-dakı səfiri və “Qırmızı Şeytan” kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm 🇦🇿🤩
Oyunçu aparsın! 🤝 pic.twitter.com/VuEeZfiPM9
Oxşar xəbərlər
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib. BAKU.WS xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanad...