Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Lerikdə 18, Salyan və Neftçalada isə 20 m/s-yə çatır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...