Beynin sürətlə qocalmasının səbəbi müəyyən edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yağlı qidaların qısa müddətli istehlakı beyində iltihaba və yaddaş zəifləməsinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, ScienceDaily-nin məlumatına görə, cəmi üç gün yağlı qidalarla qidalanmaq idrak funksiyalarını poza bilir.
Ohayo Dövlət Universitetinin alimləri gənc və yaşlı siçovulları tərkibinin 60 faizi yağlardan ibarət olan qidalarla bəsləyiblər. Üç ay sonra bütün siçovullarda maddələr mübadiləsi pozulub. Lakin yaşlı siçovullarda artıq üçüncü gündə yaddaş zəifləməsi qeydə alınıb.
Təhlil göstərib ki, yağlı qidalar hipokamp və amiqdalada iltihaba səbəb olur, bu da məkan və assosiativ yaddaşı zəiflədir. Gənc siçovullarda isə bu təsir müşahidə olunmayıb.
Alimlər düzgün qidalanmanın yaş artdıqca vacib olduğunu vurğulayır və yağlı qidaların beyinə təsirini azaltmaq üçün yeni üsullar araşdırmağı planlaşdırırlar.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...