BDYPİ-dən yeni layihə: Baş verən qəzaların səbəbləri AÇIQLANACAQ

BDYPİ-dən yeni layihə: Baş verən qəzaların səbəbləri AÇIQLANACAQ
Video
Digər 74

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən yol-nəqliyyat hadisələrinin səbəblərinin izahına yönəlmiş maarifləndirici layihə ictimaiyyətin diqqətini cəlb edib.

BAKU.WS xəbər verir ki, BDYPİ məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində yayımlanan materiallarda baş verən qəzalar konkret nümunələr əsasında təhlil olunur, sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər izah edilir.

Qurumdan bildirilib ki, layihənin məqsədi qəzaların yaranma səbəblərini aydın şəkildə göstərmək və bu kimi halların təkrarlanmasının qarşısını almaqdır.

Qeyd edək ki, layihənin ilk buraxılışında BDYPİ əməkdaşının haqqında danışdığı qəza hadisəsi bu il martın 11-də axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində baş verib.

Hadisə "Hyundai" markalı 77-RK-290 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1993-cü il təvəllüdlü Taleh Bayram oğlu Musayevi və 2009-cu il təvəllüdlü Mirkamil Mirsaleh oğlu Cəfərovu vurması nəticəsində baş verib. Nəticədə T.Musayev yüngül xəsarət alıb, ona yerində ambulator müayinə göstərilib, M.Cəfərov isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Son xəbərlər