Bakıya qar yağacaq - Soyuq havalarda insanların əhvalı necə olur?

Bakıya qar yağacaq - Soyuq havalarda insanların əhvalı necə olur?
Foto
Digər 177

Bakıda və Abşeron yarımadasında fevralın 4-6-a dək qar yağacağı proqnozlaşdırılır. Ümumiyyətlə fevral ayında paytaxtda havanın soyuq olacağı bildirilir.

Havanın soyuq, şaxtalı və qarlı keçməsi bir çox problemlərlə yanaşı insanların həyatına həm də müsbət təsir etdiyini bilirik. Bu barədə dəfələrlə bildirilib. Bir çox mütəxəssis bu barədə fikirlərini bildirib.

Həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, qarlı hava bir çox insanda sakitlik və rahatlıq yaradır.

Bakıya qar yağacaq - Soyuq havalarda insanların əhvalı necə olur?

"Pəncərədən baxanda ağ örpəyə bürünmüş təbiəti görmək bir çoxumuza fərqli hisslər yaşadır.Bir nevroloq kimi bu ağ möcüzənin bizim sinir sistemimizə necə təsir etdiyini heç düşünmüsünüzmü?

"Ağ Terapiya" - akustik sakitlik. Qar dənəcikləri məsaməli strukturu sayəsində səs dalğalarını udur. Ətrafdakı küyün azalması beynimizdəki "həyəcan siqnallarını" (amigdala fəaliyyətini) azaldaraq, dərin bir dinclik hissi yaradır.

Qarın ritmik və yavaş şəkildə yağması vizual bir meditasiya effekti verir. Bu, göz əzələlərini və dolayı yolla beyin qabığını gərginlikdən azad edir", - deyə həkim bildirib.

Vüsalə Nuriyeva həmçinin bildirib ki, soyuq havalarda insanların yuxu rejimi də qaydasına düşür:

"Soyuq və təmiz hava melatonin hormonunun (yuxu hormonu) sintezini tənzimləməyə kömək edir. Qar yağandan sonra alınan təmiz hava beynin oksigenlə təminatını artırır".

Ziya SƏCCAD

Son xəbərlər