Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil edib.
Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.
Qeyd olunub ki, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
Cədvələ əsasən, 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
| Reys | Bakıdan qalxma | İğdıra enmə | Avtobusun İğdırdan yola düşməsi | Avtobusun Naxçıvandan yola düşməsi | İğdırdan qalxma | Bakıya enmə |
| J2 2251 / 2252 | 16:30 | 17:30 | 18:30 | 14:00 | 18:30 | 21:30 |
| J2 2253 / 2254 | 17:30 | 18:30 | 19:30 | 15:00 | 19:30 | 22:30 |
| J2 2255 / 2256 | 18:30 | 19:30 | 20:30 | 16:00 | 20:30 | 23:30 |
| J2 2257 / 2258 | 19:30 | 20:30 | 21:30 | 17:00 | 21:30 | 00:30 (+1 gün) |
Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.
Oxşar xəbərlər
Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti
Azərbaycanda ənənəvi olaraq qadınlar ailə qurduqdan sonra həyat yoldaşlarının soyadını qəbul edirlər. Lakin son illər bu ənənədə müəyyən dəyişikliklər müşahidə...