Azərbaycanda şagirdin barmaqları kəsildi - Hadisə yerindən GÖRÜNTÜLƏR

Azərbaycanda şagirdin barmaqları kəsildi - Hadisə yerindən GÖRÜNTÜLƏR
Video
Digər 13299

Ucarda yeniyetmələr arasında insident baş verib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.

"Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır", - xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Haber Global"ın 8 yaşı tamam olur

"Haber Global"ın 8 yaşı tamam olur

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün şəkkiz yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2018-ci il sentya...

166 Digər 00:00 24 sentyabr 2026

Son xəbərlər