Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda oktyabrın 8-dən yanvarın 28-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 min 271 nəfər qrip əleyhinə peyvənd olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 4 219-ü 0-17 yaş, 16 875-i 18-59 yaş aralığı, 6 177 nəfəri isə 60 yaş və yuxarı şəxslərdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...