Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 451,1 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 7,4 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 8,2 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 050,3 milyon manatı və yaxud 70,1 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,6 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 635,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi dəyişməyərək 24,3 % səviyyəsində qalıb.
Dekabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, illik müqayisədə 3,9 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 5,6 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Oxşar xəbərlər
Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular
Peru Amazonundan olan sancmayan arılar dünyada mövcud olmaq, qorunmaq və inkişaf etmək üçün rəsmi qanuni hüquqlar qazanan ilk həşəratlar olublar. BAKU.WS Oxu.Az...