Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və "Referans Medical Group"un birgə təşkilatçılığı ilə "Həmkardan həmkara qayğı ilə" layihəsinə başlanılıb.
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq.
İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Mərkəzi Xəstəxanasında aprelin 10-11 tarixində saat 10:00-dan 16:00-dək keçiriləcəkdir.
Oxşar xəbərlər
Hazırda Bakıya qar yağır
Hazırda Bakının və Abşeron rayonunun bir sıra ərazilərində qar yağır.Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.Bildirilub ki, hazırda Bakının Biləcəri qəsəbəsin...