Ayxan Abbasov: "Toral Bayramov "Bursaspor"da hələ uyğunlaşma dönəmi keçir"

Ayxan Abbasov: Toral Bayramov Bursasporda hələ uyğunlaşma dönəmi keçir
Digər 73

"Bursaspor"da (Türkiyə) çıxış edən Azərbaycan millisinin üzvü Toral Bayramov hələ uyğunlaşma dövrü keçir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Türkiyə I Liqasının III turunda "Bursaspor"un səfərdə "Fatih Karagümrük"lə qarşılaşmasını (1:2) canlı izləyən mütəxəssis T.Bayramovun əsas heyətdə yer almaq üçün çox çalışmalı olduğunu söyləyib:

"Toral komandaya yeni qoşulduğu üçün hələ daim əsas heyətdə oynamır, bəzən ilk, bəzən də ikinci hissədə şans qazanır və uyğunlaşma mərhələsi keçir. Bu onun üçün daha vacibdir. Futbolçumuz zəif təsir bağışlamır, hətta əvvəlki matçda yaxşı oyunu ilə seçilib. Bu matçda da sarı vərəqə gördüyü üçün məşqçilər risk etmədilər və onu meydandan çıxardılar".

Təcrübəli mütəxəssis yarımmüdafiəçinin fərqli mövqelərdə sınandığını da vurğulayıb:

"Söhbət zamanı məşqçilər korpusunun və rəhbərliyin də ondan razı qaldığını öyrəndim. Yaxşı vəziyyətdədir, ona böyük ümidləri var. Məşqçilər ondan həm hücumun sağ cinahında, həm də sol cinah müdafiəçisi kimi istifadə edirlər. O, öz mövqeyindəki digər futbolçulardan keyfiyyətcə geri qalmır. Ona milli üzvü kimi baxırlar. Sadəcə, fərqli atmosferə, səfər matçlarına və azarkeş amilinə öyrəşmək üçün zamana ehtiyacı var. Özü ilə söhbət etmişik. Evdə, 50 min azarkeşin qarşısında oynamağın tam fərqli hiss olduğunu deyib. İnanıram ki, səbirli olub üzərində çalışsa, komandanın əsas heyət üzvünə çevriləcək".

Millinin baş məşqçisi "Bursaspor"la bağlı fikirlərini də bölüşüb:

"Bursaspor" iddialı və keyfiyyətli heyətə, yeni futbolçulara malik kollektivdir. Yaxşı, yüksək ödənişli legionerləri var. Türkiyə Superliqasına yüksəlməyi hədəfləyiblər. Ən azı pley-offda oynamaq istəyirlər. Maraqlı mübarizənin şahidi olacağıq".

Xatırladaq ki, T.Bayramov bu ilin yayından etibarən Türkiyə klubunda çıxış edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər