Arıqlama çayları və kofeləri alarkən diqqətli olun!
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələrinin ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Komitədən qeyd olunub ki, "Şəxsi istifadə" adı altında bəyan olunan bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılmaq üçün ölkəyə gətirilir. Elə sosial şəbəkələrdə "arıqlama çayları və kofeləri" adı altında fəaliyyət göstərən səhifələrin artması, bu tip reklamların qarşımıza tez-tez çıxması, yazılan şərhlərdən də görünür ki, belə məhsullara maraq böyükdür.
Həkim-endokrinoloq Jalə Oqtayzadə deyir ki, sözügedən arıqlama çaylarının və kofelərinin heç biri arıqlatmır, əksinə, mütəmadi istifadədə ciddi problemlər yaradır.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, vətəndaşlar bu tip qida əlavələrini alarkən və ya xaricdən sifariş verərkən diqqətli olmalıdırlar. "Arıqladıcı" və ya "kökəldici" adı ilə satılan dərmanlar dövlət qeydiyyatına alınmalı və dərman vasitələri haqqında qanunun tələblərinə uyğun şəkildə dövriyyəyə buraxılmalıdır.
Qeyd edək ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan "arıqladıcı", "enerji artırıcı", "müalicəvi" adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır.
Oxşar xəbərlər
Bu tarixdə Bakıda hava kəskin soyuyacaq - 0° ...
Martın 10-da Bakıda hava şəraiti kəskin dəyişəcək. BAKU.WS-in məlumatına görə, Bakıda suluqar yağacaq. Havanın temperaturu gecə 0 dərəcə olacaq.