"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
"Apple" şirkəti ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr müzakirə edilib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R. Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "Apple" şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə keçirilən görüşdə olub.
"Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf proqramları üzrə "Apple Developer Academy" və digər təşəbbüslərlə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində birgə layihələr barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
ABŞ-yə səfər çərçivəsində “Apple” şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə görüş keçirdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) December 13, 2025
Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf… pic.twitter.com/3UCq0yzhbY
Oxşar xəbərlər
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. BAKU.WS xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəl...