"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin may ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 31,06 % təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 9,33 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 0,29 faiz bəndi çoxdur.
İkinci sıradakı "Apple"ın bazar payı aylıq müqayisədə 4,82 faiz bəndi azalaraq və illik müqayisədə 7,54 faiz bəndi artaraq 21,28 % olub. Beləliklə onun payı ay ərzində 18,5 % azalıb.
"Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,53 faiz bəndi artaraq və illik müqayisədə 4,94 faiz bəndi azalaraq 21,28 % olub.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 5,62 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,9 faiz bəndi artaraq 17,27 % təşkil edib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...