Alkoqol və narkotik asılılığının müalicəsində yeni üsul: Tənəffüs məşqləri ümid verir
Yeni araşdırmaya görə, kontrollu tənəffüs məşqləri alkoqol, nikotin və digər psixoaktiv maddələrə olan istəyi azaltmağa kömək edə bilər.
BAKU.WS xəbər verir ki, Monash Universitetinin alimlərinin Addiction jurnalında dərc olunan araşdırması 20 tədqiqatın və 1 249 iştirakçının nəticələrini təhlil edib. Məlum olub ki, müntəzəm tənəffüs məşqləri maddə asılılığı olan şəxslərdə istifadə istəyini statistik cəhətdən əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqat müəllifləri bildiriblər ki, tənəffüs texnikaları asılılığın əsas müalicəsini əvəz etmir, lakin dərman və psixoterapiya ilə yanaşı tətbiq olunduqda faydalı və ucuz dəstək üsulu ola bilər.
Alimlər bu nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac olduğunu da vurğulayıblar.
Oxşar xəbərlər
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər
Magistraturaya qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. BAKU.WS report-a istinadən xəbər ve...