Alış-veriş psixologiyası – marketlər bizi necə "aldadır"?
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadçılar və psixoloqlar bildirir ki, iri marketlər müştərilərin daha çox xərcləməsi üçün xüsusi psixoloji taktikalardan istifadə edir.
BAKU.WS xəbər verir ki, ən çox satılan məhsullar adətən göz səviyyəsində yerləşdirilir ki, alıcı onları daha tez görsün. Alış-veriş səbətlərinin böyük ölçüdə hazırlanması da insanı ehtiyacından artıq məhsul almağa sövq edir.
Bundan başqa, mağazalarda fon musiqisi yavaş tempdə seçilir. Bu, müştərinin mağazada daha çox vaxt keçirməsinə və nəticədə daha çox məhsul almasına təsir edir.
Endirim etiketləri isə bəzən real qiymət fərqini əks etdirmir. Mütəxəssislər bunun daha çox "psixoloji endirim" effekti yaratmaq üçün tətbiq olunduğunu bildirir.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...