Alimlər xəbərdarlıq etdilər! İnsanlar Yerin fırlanmasına necə təsir edir?
Yeniliklərdən dərhal xəbərdar olun
1993-2010-cu illər arasında insanlar kütləvi şəkildə bir çox ərazini yeraltı sularla təchiz ediblər. Bu da Yerin fırlanmasını əhəmiyyətli dərəcədə dəyişdirmiş ola bilər.
BAKU.WS cumhuriyyet.com-a istinadən xəbər verir ki, Geophysical Research Letters jurnalında dərc edilən bir araşdırmaya əsasən, bu dövrdə yeraltı suyun çıxarılması Yerin şərqə təxminən 80 sm. əyilməsi ilə nəticələnib. Su hərəkət etdikcə, planetin fırlanma sürəti də dəyişir.
Araşdırmada istifadə edilən iqlim modellərinə görə, 1993-2010-cu illər arasında insanlar 2150 giqaton yeraltı suyu çıxarıb. Bu, dəniz səviyyəsinin 6 mm-dən çox qalxması ilə müqayisə edilə bilər. Tədqiqatçılar bu dəyişiklikləri, Yerin fırlanma qütbünün və suyun hərəkətinin təsirini modelləşdiriblər.
Tədqiqatın həmmüəllifi, fizik Ki-Veon Seo "Araşdırmamız göstərir ki, iqlim dəyişikliyi ilə əlaqəli faktorlar arasında yeraltı suyun paylanması Yerin fırlanma qütbünün dəyişməsinə ən böyük təsiri göstərir" deyə bildirib.
Bu dəyişikliklər suyun çəkildiyi regiona görə fərqlənir. Məsələn, suyun orta enliklərdən çıxarılması fırlanma qütbünə daha çox təsir edir.
Araşdırmalar göstərib ki, ən çox su 1993-2010-cu illər arasında Şimali Amerikanın qərbində və Hindistanın şimal-qərbində orta enliklərdə paylanıb.
Gələcək tədqiqatlar elm adamlarının son 100 ildə su anbarındakı dəyişiklikləri və qlobal istiləşmənin bu dəyişikliklərə təsirini anlamağa çalışacaq.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...