Alimlər TikTok və Reels-in insan beynini məhv etdiyini aşkarlayıblar
Oksford Universitetinin alimlərinin araşdırmasına əsasən, insan beynində "habenula" adlanan kiçik bir sahə mövcuddur.
BAKU.WS xəbər verir ki, bu sahə motivasiya və qərar qəbul etmə funksiyasını "yandırıb-söndürən" bir mərkəz rolunu oynayır.
Habenula insanın sosial şəbəkələrə qaçaraq narahatlıq və mənfi emosiyalardan yayınmağa çalışdığı anlarda aktivləşir. Belə davranış beynin motivasiyasını aşağı salır və insanın normal fəaliyyətə qayıtması çətinləşir.
Nəticədə neqativ emosiyalar artır, narahatlıq və günahkarlıq hissi yaranır. Bu vəziyyət isə habenulanı daha da güclü şəkildə aktivləşdirir. Bunun ardınca yaddaş zəifləyir, diqqəti cəmləşdirmək çətinləşir və həyat eşqi azalır. Beləliklə, beyin funksional olaraq "çürüməyə" başlayır.
Mütəxəssislər, xüsusilə TikTok və Reels kimi platformaların bu prosesi daha da sürətləndirdiyini qeyd edirlər. Tez-tez və kontrolsuz şəkildə bu cür məzmunlarla məşğul olmaq beynin sağlamlığını ciddi şəkildə təhlükə altına alır.
Oxşar xəbərlər
Yaxında varlanacaq, həyatı tam dəyişəcək bürclər
2026-cı ildə yaxın zamanlarda həyatı dəyişə biləcək, maliyyə baxımından uğur üçün potensialı yüksək hesab edilən bəzi bürclər haqqında ümumi astroloji proqnoz v...