Alimlər beynin fəaliyyəti ilə şirniyyata meyillilik arasında əlaqə aşkarlayıb
![Alimlər beynin fəaliyyəti ilə şirniyyata meyillilik arasında əlaqə aşkarlayıb](https://baku.ws/storage/photos/uploads/thumbs/large/SxVfqoVRyE8vEjImUa6VuJxdUUbuQMW11ad7cDMo.webp)
ABŞ-nin Stouni Bruk Universitetinin alimləri beynin fəaliyyətinin şirin qidalara olan marağa birbaşa təsir etdiyini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, laboratoriya siçanları üzərində aparılan tədqiqatlar xüsusi molekulların – neyrosteroidlərin şirin dadın qəbulunu dəyişə bildiyini göstərib.
Məlum olub ki, beynin dadbilmə ilə bağlı bölgəsində (Gustatory cortex) neyrosteroid allopreqnanolonun səviyyəsi artdıqda, siçanların şirin dadlara həssaslığı azalır. Bu da onların şirniyyat qəbulunu məhdudlaşdırmasına və ya tamamilə imtina etməsinə səbəb olur.
Alimlər genetik metodlardan istifadə edərək siçanların neyrosteroidləri qəbul edən reseptorlarını bloklayıblar. Nəticədə onlar adi su ilə şirin suyu ayırd edə bilməyib. Bu isə beyindəki bu reseptorların dad qəbulu üçün həlledici rol oynadığını təsdiqləyib.
Mütəxəssislər bildirirlər ki, beyin qidalanma vərdişlərini tənzimləyir. Məsələn, piylənmədən əziyyət çəkən insanlarda allopreqnanolon səviyyəsi yüksək olur. Bu isə onların dadbilmə qabiliyyətinə və iştahasına təsir edə bilər.
Bu kəşf, qida vərdişlərini idarə etməyə və piylənmə ilə mübarizə aparmağa kömək edəcək yeni yanaşmaların inkişafına yol aça bilər.
Oxşar xəbərlər
Magistraturaya qəbul imtahanı keçiriləcək
Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib...
![](/images/banners/placeholder_home_right_az.jpg)