İnsanlar cəsur pilot Kalyaninovu yaşadığı evin qarşısında yad edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qroznı aviareysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olan təyyarə kapitanı Aleksandr Kalyaninovun xatirəsi ehtiramla yad olunur.
Böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar.
Onlar Aleksandr Kalyaninovun fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...