AFFA rəsmisi azərbaycanlı futbolçunun çıxış etdiyi komandanın oyununa təyinat alıb
08
avq
2025
11:50
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
BAKU.WS milli assosiasiyaya istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək "Eqnatiya" (Albaniya) – "Olimpiya" (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyadakı ilk görüşdə hesab açılmayıb.
Oxşar xəbərlər
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir. Min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələ...