AFFA prezidenti III MDB Oyunlarının finalına çıxan Azərbaycanın U-16 millisini təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, milli assosiasiyanın rəhbəri bu uğurla bağlı paylaşım edib.
"Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib. Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram", - R.Nəcəf vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaqlar.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...