Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) "Italiana Petroli"yə (IP) investisiyaları İtaliyanın sənaye və enerji platforması kimi mövqeyini möhkəmləndirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, nazirlikdə IP-yə investisiyaların yekun təsdiqindən sonra onun Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və şirkətin prezidenti Rövşən Nəcəfin başçılıq etdiyi SOCAR nümayəndə heyəti ilə görüşü keçirilib.
"Bu investisiyalar İtaliyanın sənaye və enerji platforması kimi mövqeyini möhkəmləndirir", - nazir əlavə edib.
Xatırladaq ki, SOCAR 2026-cı il mayın 8-də "Italiana Petroli" (IP) şirkətinin 99,82 % səhm paketinin "API Holding"dən alınması prosedurunun başa çatdığını elan edib. Sövdələşmə nəticəsində IP SOCAR-ın strukturuna daxil olub, bu da dövlət şirkətinə Avropa enerji bazarında mövqelərini möhkəmləndirməyə imkan verəcək.
Oxşar xəbərlər
Kanserogenlərlə bağlı miflər: Qəhvə, mikrodalğalı soba və dezodorant xərçəng yaradır?
Kanserogenlər haqqında yayılan bir çox iddianın elmi təsdiqi yoxdur. Mütəxəssislər bildirirlər ki, insanlar mikrodalğalı soba və ya dezodorantlardan qorxsalar d...