ABŞ yarış avtomobili sürücüsü dünya sürət rekordunu vurmağa cəhd edərkən ölüb
05
avq
2025
22:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-li yarış avtomobili sürücüsü Kris Raşke Yuta dünya sürət rekordu vurmağa cəhd edərkən ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Cənubi Kaliforniya Zamanlama Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
60 yaşlı sürücü idarəetməni itirərək qəzaya uğramazdan əvvəl 285 mil/saat (450 km/saat) sürətə çatıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...