ABŞ-nin "Times" meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ABŞ-nin Nyu-York şəhərinin dünyaca məşhur "Times" meydanında məlumatlandırma aksiyası keçirilib.
"Report"un ABŞ bürosunun xəbərinə görə, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.
Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycanın tarixi, milli adət-ənənələri, ərazi bütövlüyünün əks edildiyi nəhəng xəritə, milli atributları, dövlət bayrağı, eləcə də milli geyimləri və rəqslərinin nümayiş olunduğu videogörüntülər əks olunub.
AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...