ABŞ məhkəməsi: Fillər hüquqi baxımdan insan deyil

ABŞ məhkəməsi: Fillər hüquqi baxımdan insan deyil
Digər 155

ABŞ-nin Kolorado ştatında Cheyenne Mountain zooparkında saxlanılan beş filin azadlığa buraxılması üçün açılmış məhkəmə iddiası rədd edilib. Kolorado Ali Məhkəməsi, fillərin hüquqi baxımdan "insan" hesab edilə bilməyəcəyinə qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.

Heyvan hüquqlarını müdafiə edən Nonhuman Rights Project (NRP) təşkilatı Missy, Kimba, Lucky, LouLou və Jambo adlı fillərin zooparkda əsarət altında olduğunu iddia edərək onların xüsusi fil sığınacağına köçürülməsini tələb etmişdi. Təşkilat, fillərin hüquqlarının habeas corpus prinsipi ilə təmin olunmasını istəsə də, məhkəmə bu tələbi rədd edib.

Məhkəmə hakimlərindən biri olan Maria Berkenkotter bildirib ki, "filler nə qədər ağıllı və emosional baxımdan inkişaf etmiş olsa da, hüquqi baxımdan şəxs sayıla bilməzlər."

NRP təşkilatı məhkəmə qərarına etiraz edərək, fillərin zəkalı və kompleks emosional varlıqlar olduğunu vurğulayıb. Onlar zooparkda saxlanılan fillərin travma, xroniki stress və digər mənfi təsirlərə məruz qaldığını iddia edirlər.

Zoopark rəhbərliyi isə bu iddiaları rədd edərək, fillərə yüksək səviyyədə qayğı göstərildiyini və bu davanın əsassız olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI

100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI

Sosial şəbəkələrdə sevgilisinə etibar etməyənləri hədəf seçən və 100-150 manat ödəməklə başqasının mesajlarını oxumağın mümkün olduğunu deyən haker xidmətləri g...

196 Video 22:22 26 sentyabr 2026

Son xəbərlər