ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi
ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkən bildirib.
Mütəxəssis mətbuat konfransında ev sahibi tərəfin sərt şərtlərindən danışıb. Onun sözlərinə görə, komanda bu cür məhdudiyyətlərlə artıq üçüncü dəfədir üzləşir.
"Matçdan sonra bədənin bərpaya ehtiyacı olur. Oyundan dərhal sonra üç saatlıq uçuş etmək məcburiyyəti bərpa prosesini gecikdirir", - deyə o bildirib.
Qalenoi qeyd edib ki, bu cür tələblər idmançılar üçün əlavə stres yaradır. Baş məşqçi ABŞ hökumətinin davranışını dəhşətli adlandıraraq vurğulayıb ki, futbolçulara hazırkı hərbi əməliyyatlar da təsir göstərir.
"Ümid edirəm ki, dünya bunu görəcək. Bu yanaşmalar bizə zərər vurur. Amma biz yaxşı nəticə göstəririk və komandamızla fəxr edirik", - deyə Qalenoi əlavə edib.
Baş məşqçi xarici təzyiqlərə və ev sahibi ölkənin sərt qaydalarına baxmayaraq, futbolçularının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.
Oxşar xəbərlər
Corc Rassell Avstriya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu
"Formula-1" üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Avstriya Qran-prisinin təsnifat mərhələsində "Mercedes"in britaniyalı pilotu Corc Rassell qalib g...