ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün konsulluq qəbulu günlərinin sayı artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ölkəmizin Vaşinqtonda yerləşən səfirliyində konsulluq qəbulu günlərinin sayı artırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.
Həmçinin vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: consul@azembassy.us
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...