700 bal toplayan Burlaxatunun atası: "Bu nəticəni gözləyirdik"

700 bal toplayan Burlaxatunun atası: Bu nəticəni gözləyirdik
Digər 78

Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə - 700 balı toplayan Burlaxatun Bəhruz qızı Məcidlinin ailəsində ikiqat sevinc yaşanır. Çünki onun əkiz bacısı Banuçiçək Məcidli də yüksək nəticə göstərib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, Burlaxatunun atası Bəhruz Məcidov ailə üçün bu nəticənin gözlənilməz olmadığını deyib:

"Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi".

Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçəyin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624.3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.

Bəhruz Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər:

"Əkizdirlər, elə həmişə birlikdə olublar - dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birilərinə dayaq olublar".

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi yoxdur:

Qeyd edək ki, hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər