42 il edamını gözləyən amerikalı vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
42 il elektrik stulunda edamını gözləyən ABŞ vətəndaşı Fred Sinqlton 81 yaşında həbsxana xəstəxanasında dünyasını dəyişib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Karolina İslah Müəssisələri Departamenti məlumat verib.
F.Sinqlton 1983-cü ildə zorlama, qətl və oğurluq ittihamı ilə ölüm cəzasına məhkum edilib.
Bildirilir ki, Sinqlton Cənubi Karolinada ölüm kamerasında ən uzun müddət oturan məhbus olub.
Məhkəmənin qərarına görə, məhbus psixi problemlərdən əziyyət çəkdiyinə görə edam edilə bilməzdi. Ölüm hökmü məhbusun hansısa yeni dərmanlar hesabına sağalacağı ehtimalı ilə qüvvədə saxlanılmışdı.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...