23 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib
Avqustun 18-i saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 23 046 uşaq elektron qeydiyyatdan keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Elektron qeydiyyatdan keçən uşaqlardan 19 800 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 9 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 10 iyul tarixindən aktiv edilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə beş yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.
Oxşar xəbərlər
Şəhid anası: "İstədi ki, adı tarixlərə düşsün"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun Qubanın Zizik kəndindəki evində olub,...