2024-cü ildə İsveçdə rekord dərəcədə az uşaq doğulub
2024-cü ildə İsveçdə rekord dərəcədə az uşaq doğulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsveçin Statistika İdarəsi açıqlama yayıb.
"2024-cü ildə bir qadına düşən doğum sayı tarix boyunca ən aşağı səviyyəyə enib - 1.43. Doğulan uşaqların ümumi sayı isə 2003-cü ildən bəri ilk dəfə olaraq 100 min nəfərdən az olub", - məlumatda bildirilir.
İdarənin hesablamalarına görə, yaxın illərdə İsveçdə doğum səviyyəsi aşağı olaraq qalacaq. Əhalinin yaşlanması səbəbindən ölüm hallarında da artım gözlənilir.
Statistika İdarəsi proqnozlaşdırır ki, 2030-cu ilə qədər İsveçin əhalisi cəmi 90 000 nəfər artaraq 10.7 milyon nəfərə çatacaq.
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar
Qazaxıstanın Astana şəhərində təşkil olunan 10–14 yanvar tarixlərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 b...