20 Yanvar şəhidinin həyat yoldaşı: "Övladlarım böyük olsalar da, yenə də atalarını istəyirlər"
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar şəhidi Şakir Ağakişiyevin həyat yoldaşı Qızbacı Ağakişiyeva faciənin ailə həyatında buraxdığı dərin izlərdən danışıb.
Onun sözlərinə görə, həyat yoldaşı 1990-cı il yanvarın 20-də sovet ordusunun törətdiyi qanlı hadisələr zamanı şəhid olub.
Aradan 36 il keçməsinə baxmayaraq, həmin gecənin ağrısı ailənin yaddaşından silinməyib:
"Mənim yoldaşım da həmin gecə sovet ordusunun qurbanı oldu. Onda onun 30 yaşı yox idi. Yoldaşımın 30 yaşı həmin faciədən 11 gün sonra xiyabanda oldu. O gündən bizim evimizin işığı, çırağı söndü".
Şəhidin həyat yoldaşı o dövrdə üzərinə düşən ağır məsuliyyətdən də söz açıb: "İki övladım var idi.
Böyük oğlumun iki yaşı var idi, qızım isə bir yaş iki aylıq idi. Digər oğlum Elşən atasının ölümündən beş ay sonra dünyaya gəldi".
Qızbacı Ağakişiyeva qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, övladlarını atalarına layiq böyütməyə çalışıb:
"Onların üçünü də atalarına layiq övlad kimi böyütmüşəm. Çox ağır dərddir, çox çətindir. Övladlarım böyük olsalar da, yenə də atalarını istəyirlər. Deyirlər ki, atamız olsaydı, hər şey başqa cür olardı".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...