VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 47 986-ya enib. Onların sayı son sutkada daha 2980 nəfər azalıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Həmçinin son bir gündə 3503 nəfər müalicə yolu ilə bu virusdan xilas olunub və oların sayı 150 604 nəfərə çatıb.

Son sutka ərzində COVID-19 diaqnozu ilə ölənlərin sayında da artım var – 70 nəfər (ümumilikdə 33 142). Bundan bir gün əvvəl 117 nəfərin öldüyü deyilirdi.

Hazırda müalicə müəssisələrində virusa yoluxmuş 7379 sakinin qaldığı bildirilir, sutka ərzində onların sayı 350 nəfər azalıb.

Qeyd edək ki, İtaliyada indiyədək 231 732 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib, son sutkada isə daha 593 nəfərdə virus aşkar olunub.

BAKU.WS