SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" klubu futbolçular və məşqçi heyətinin maaşında azalma olacağını elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Kral klubu"nun saytına məlumat yerləşdirilib.

Qeyd olunur ki, futbolçular və məşqçilər məvaciblərinin azalmasını könüllü (10 faizdən 20 faizədək) irəli sürüblər.

Madrid təmsilçisinin açıqlamasında vurğulanır ki, ödənişlərdə məhdudiyyət 2019/2020-ci il mövsümünün sonuna qədər davam edə bilər.

Bir çox Avropa klubları koronavirus pandemiyası və çempionatın təxirə salınması şəraitində oyunçuların məvaciblərini azaldıblar.

BAKU.WS