SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyasının başlanğıc nöqtəsi sayılan Çinin Uhan şəhərinə tətbiq olunan karantin artıq ləğv edilib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat verən "Sinxua" agentliyi karantindən sonra açılan Uhan şəhərinin şəkillərini yayımlayıb.

Şəhərdəki məhdudiyyətlər 76 günlük təcriddən sonra aradan qaldırılıb. Xüsusilə, dəmir yolu və hava limanı fəaliyyətini bərpa edib. Uhandan ilk qatar Quanqzhouya yollanıb, ilk təyyarə isə Haynan vilayətinin Sanya şəhərinə uçub.

8 aprel gecəsi Çin hakimiyyəti Uhana gedən yolları açıb. Artıq yerli əhali Uhandan kənara çıxa bilir.

Qeyd edək ki, Uhan şəhəri 23 yanvar tarixindən etibarən karantin rejiminə keçmişdi. Metro, avtomobil və bərə daxil olmaqla, nəqliyyat vasitələrinin hərəkətinə tamamilə qadağa qoyulmuşdu. Hava limanı və qatar stansiyaları da fəaliyyət göstərmirdi. Sakinlər Uhanı yalnız xüsusi icazə ilə tərk edə bilirdilər.

BAKU.WS
VİDEO