SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Baş naziri Benyamin Netanyahunun parlament müşaviri Rivka Paluç yeni növ koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Benyamin Netanyahunun ofisi Səhiyyə Nazirliyinin təlimatlarına əməl etsə də, Baş nazirin səhhəti ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, sonuncu dəfə Netanyahu COVID-19-la bağlı martın 16-da analiz vermiş və testin nəticələri mənfi çıxmışdı.

Hazırda İsraildə koronavirusa yoluxanların sayı 4247 nəfər təşkil edir. Xəstələrin 74-nün vəziyyəti ağırdır, 132 nəfər isə sağalmağı bacarıb. Virus 15 nəfərin həyatına son qoyub.

BAKU.WS