Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı - FOTO

Türkiyədə koronavirusdan ölən 33 yaşlı Dilək Tahtalının son paylaşımları insanları daha da təşvişə salıb..
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, onun yazdıqları epidemiyanın nə qədər təhlükəli olduğunu bir daha təsdiqləyib.
Subay və evin tək övladı olan Diləyin 7 və 9 mart tarixlərində, yəni xəstəxanada yatmadan öncə "Twitter"də yazdıqları ürəkləri dağlayıb:
“Burun tutulması, axıntı, baş ağrısı, halsızlıq, günün sonunda başlayıb bütün gecəni yatmağa qoymayan kriz halında öskürək..."


Martın 10-da yüksək hərarət və halsızlıq şikayətləri ilə iki xəstəxanaya müraciət edib. Lakin xəstəxanaların ikisinin də reanimasiya şöbəsində boş yer olmayıb. Artıq gec olduğundan onun həyatını xilas edə bilməyiblər.
Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanlar - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 422 min 945 nəfərdən 109 min 102 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sa...
