SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Konqresinin Nümayəndələr Palatası COVID-19-un mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılması təklifini yekdilliklə dəstəkləyib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Müvafiq qanun layihəsini 419 deputat bəyənib.

Hazırda sənəd ABŞ prezidenti Cozef Bayden tərəfindən təsdiq olunmalıdır.

Bundan əvvəl ABŞ Senatı qanun layihəsini qəbul edib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilib ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenari xəstəliyin yarasalardan başqa bir heyvana keçməsi və sonradan insanlara yoluxmasıdır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.

ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

BAKU.WS