SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderlandda koronavirusla bağlı karantin rejimi ləğv edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib.

Belə ki, Nazirlər Kabineti ölkədə bu günə qədər qüvvədə olan koronavirusa qarşı mübarizə tədbirlərinin ləğv edilməsi barədə qərar verib.

Nazirin sözlərinə görə, xəstəliyin simptomları aşkar edildikdə özünütəcrid və testdən keçmək tövsiyəsi də ləğv edilib. Bu isə o deməkdir ki, Niderlandda koronavirusla mübarizəyə yanaşma respirator virus infeksiyaları ilə mübarizə ilə eyni olacaq.

"İndi bunu həqiqətən də qrip adlandırmaq olar", - nazir vurğulayıb.

Niderlandda koronavirusa ilk yoluxma üç il əvvəl aşkarlanıb. İndiyədək 8,6 milyon insan infeksiyaya yoluxub, 47 minə yaxın insan ölüb. Hazırda xəstəxanalarda 900-ə yaxın koronavirus xəstəsi var. Onların demək olar ki, hamısının səhhəti pisdir və müşayiət olunan xəstəlikləri var.

BAKU.WS