Çexiya prezidenti koronavirusa yoluxdu

Çexiya prezidenti koronavirusa yoluxdu
Sosial 85

Çexiyanın 77 yaşlı Prezidenti Miloş Zemanda koronavirus aşkarlanıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə yerli TV məlumat yayıb.

Məlumata görə, Prezidentin COVID-19 testi müsbət olub. Dövlət başçısı həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilib.

Qeyd edilir ki, o, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub.

Son xəbərlər