VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun ən yoluxucu mutasiyasının adını açıqlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbərinin sözlərinə görə, "delta" ştammı bütün ştamlar içərisində ən çox yoluxucudur. Ştamm 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.

Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır, bu, ölüm faizinin artımına gətirib çıxara bilər.

BAKU.WS