VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində 226 452 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 14 497 nəfər təşkil edib.

278 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 4 766 124 nəfərə çatdığı bildirilib. Onlardan 22 253 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 2975 nəfər ağır COVID xəstəsi müalicə alır.

BAKU.WS