SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan vaksinlər siyahısına əlavə edib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-dən bildiriblər.

Bildirilir ki, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir.

Məlumata əsasən, bu qərar vaksinin sözügedən variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.

BAKU.WS