Türkiyədə bir gündə 250 mindən çox insan koronavirus peyvəndi vurdurdu

“Bu gün ərzində indiyədək 256 min nəfərə peyvənd vurulub”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ankara Şəhər Xəstəxanasında koronavirusa qarşı peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndolunma prosesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ərdoğan deyib ki, peyvənd olunma prosesi 5 dəqiqə, peyvəndə qarşı orqanizmin necə reaksiya vermə müddəti isə 15 dəqiqə olduğu üçün, vaksini qəbul edən hər şəxsə ümumilikdə 20 dəqiqəlik vaxt sərf olunduğuna görə, xəstəxanalar gərgin iş rejimində çalışır.
“Türkiyəyə ilk mərhələdə gələn peyvəndin miqdarı məlumdur. Hazırda ölkəmizdə olan Çin istehsalı olan vaksinlərdir. Sonrakı mərhələdə ölkəyə daha 25-30 milyon dozada peyvənd idxal olunacaq”, deyən Türkiyə Prezidenti vaksin idxalı ilə bağlı Almaniya ilə də danışıqların davam etdiyini vurğulayıb.
Oxşar xəbərlər
"Sinovac" peyvəndi nə qədər effektivdir? - AÇIQLAMA
"Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin...
