VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyanı əhatə edən COVİD-19 pandemiyasının qarşısını almaq üçün müxtəlif şirkətlər peyvəndlər hazırlayırlar.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, Almaniyanın “BioNTech” şirkətinin qurucularından olan türkiyəli professor Uğur Şahin və amerikalı ortağı Pfizer də koronavirusa qarşı peyvənd hazırlayıblar.
Lakin İngiltərədə koronavirusun mutasiyaya uğrayan yeni növünün tapılması virusun bitəcəyilə bağlı yaranmış ümidləri qırıb.

Professor Kris Vittiy mutasiyaya uğramış yeni COVİD-19 növünün daha sürətli yayıldığını və ölümcül olduğunu bildirib.

O, mutasiya nəticəsində ortaya çıxan koronavirusun yeni növünün daha sürətli yayıla biləcəyini söyləyib.

Bu açıqlamalardan sonra professor Uğur Şahin bildirib ki, əldə olunan peyvənd həm də koronavirusun yeni növü üçün faydalı olacaq.

Bild TV-yə açıqlama verən Uğur Şahin əldə olunacaq peyvəndin koronavirusun mutasiyaya uğramış yeni növləri üçün də keçərli olacağına əminliyini bildirib.

“Hələlik dəqiq bir söz də demək istəmirəm. Lakin əminəm ki, peyvənd bütün insanları xilas etmək üçün dönüş nöqtəsi olacaq”, - deyə Uğur Şahin bildirib.

BAKU.WS