Koronavirusdan qorunmağın sadə yolu açıqlanıb

Tətildən qayıdarkən çamadandakı əşyaların təhlükəsizliyini təmin etməyin və koronavirusa yoluxmağın qarşısının alınmasının sadə yolu açıqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Express” xəbər yayıb.
Bildirilir ki, söhbət ilk növbədə səfərə aparılan bütün geyimlərin yuyulmasından gedir.
Mütəxəssislərin sözlərinə görə, ümumilikdə 30 dərəcə suda normal bir yuyulma da kifayətdir, istəkdən asılı olaraq durulama dövrünə paltaryuyan maşın üçün təhlükəsiz olan dezinfeksiyaedici vasitə əlavə etmək olar.
Bununla belə, elm adamları ayrı-ayrı hallarda paltarların həmişəkindən daha yüksək temperaturda yumağı tövsiyə ediblər. Bu zaman infeksiya yayılması riskini minimuma endirmək üçün əlavə olaraq ağardıcıya əsaslanan məhsul istifadə edilməlidir.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...
